AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... 27 mart 2020-ci il


Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... 25 mart 2020-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb. 24 mart 2020-ci il


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xəzər rayonunda iribuynuzlu heyvanın dərinliyi 2 m olan quyuya düşərək...


Ağcabədi rayonunda “Shacman” markalı yük avtomobilinin 4 ədəd arxa təkəri yanıb...


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Yasamal və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub...

Ümumi məlumat


FHN-nin Su Ehtiyatları Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli 389 nömrəli Fərmanı ilə ölkənin su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdıır.
Nazirlər Kabinetinin 18 fevral 2011-ci il tarixli 50s nömrəli Sərəncamı ilə Kür çayı üzərində  strateji əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara kaskad su anbarları, Ceyranbatan su anbarı, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Şəmkir Maşın kanallarının baş suqəbuledici qurğuları Nazirliyin balansına verilmişdir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır. 

 
 

Mühafizə

- balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin və dövlət əhəmiyyətli su anbarlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək;

 

Nəticələrinin aradan qaldırılması

Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

 

Səmərəli istismar

- aidiyyəti qurumların iştirakı ilə dövlət əhəmiyyətli su anbarlarının səmərəli istismarı ilə bağlı tədbirlər görmək;
- balansındakı su obyektlərini kompleks şəkildə idarə etmək, habelə hidrotexniki qurğuların və su təchizatı sistemlərinin səmərəli istismarını təmin etmək.

Rəhbərlik haqqında məlumat


Yaşar Ədif oğlu Abbasov

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi.

Dekabr 1960-cı ildə Naxçivan MR-nın Ordubad şəhərində anadan olub. Azərbaycan Neft və Kimya Institutunun Energetika fakültəsinin Mühəndis elektrik ixtisasını bitirib.
Ailəlidir. 2 övladı var.







Ruslan Çoban oğlu Ağamirzəyev

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini.

İyul 1975-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat fakültəsinin Dağ mühəndisliyi – Hidrogeologiya ixtisasını bitirib.
Ailəlidir. 3 övladı var.

 

 

 

Ziya Elxan oğlu Süleymanov

Azərbaycan Respublikası FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini.

Oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
İqtisad üzrə elmlər doktorudur.
Ailəlidir. 3 övladı var.